...

Bakıda anası və bacısını qətlə yetirən şəxsin məhkəməsi başladı

Gündəm Materials 21 Sentyabr 2022 16:50 (UTC +04:00)
Bakıda anası və bacısını qətlə yetirən şəxsin məhkəməsi başladı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda anası və bacısını qətlə yetirməkdə təqsirləndirilən Murad Niftizadənin məhkəmə prosesi başlayıb.

Trend-in məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

Daha sonra təqsirləndirilən şəxs özünü təqsirli bilib.

Növbəti proses sentyabrın 22-də davam edəcək.

Qeyd edək ki, hadisə 2019-cu ilin dekabrında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, M.Niftizadə anası Fatma Həmzəyeva və bacısı Elgün Niftizadəni şəxsi münasibətlər zəmnində qətlə yetirib.

M.Niftizadə Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.

O, Rusiyada tutularaq Azərbaycana ekstradisiya olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti