...

Baş Qərargah rəisi Gürcüstanda rəsmi səfərdədir

Gündəm Materials 28 Sentyabr 2022 11:23 (UTC +04:00)
Baş Qərargah rəisi Gürcüstanda rəsmi səfərdədir

Bakı. Trend:

Sentyabrın 28-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Gürcüstana rəsmi səfəri başlayıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində keçiriləcək görüşlərdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, habelə regional təhlükəsizlik məsələlərinin müzakirə olunması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti