...

Əsir hərbçimiz ailəsinə zəng etdi

Gündəm Materials 14 İyun 2023 17:15 (UTC +04:00)
Əsir hərbçimiz ailəsinə zəng etdi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanda əsir saxlanılan hərbiçilərimizdən biri ailəsinə video zəng edib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Beynəlxalq Qızıl Xaç Komitəsindən bildirilib.

Qeyd edilib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri iki Azərbaycan vətəndaşına baş çəkib, ailələri ilə əlaqə yaratmaq imkanı verilib.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüb.

Daha sonra Ermənistan tərəfindən əsir götürülmüş əsgərləri Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğluna qarşı Ermənistanın qurama "məhkəmə prosesi"ni və Aqşin Bəbirovun həbsi ilə bağlı qondarma "qərar" verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti