...

İyulda mobil rabitə sektorunun gəlirləri artıb

Gündəm Materials 15 Avqust 2023 12:45 (UTC +04:00)
İyulda mobil rabitə sektorunun gəlirləri artıb
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyul ayında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 654,4 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Trend-ə bildirilib ki, əldə olunan gəlirlərin həcmi 2022-ci ilin eyni dövrünə nisbətdə 65,6 milyon manat və ya 11,1 faiz artıb.

İlin iyul ayı ərzində mobil rabitə sektoru üzrə əldə olunan gəlirin həcmi ötən ilin eyni ayı ilə müqayisədə 10,8 faiz və ya 10,1 milyon manat artaraq, 103,9 milyon manat olub. Bu ilin iyun ayı ilə müqayisədə isə bu göstərici 4,3 faiz və ya 4,3 milyon manat artıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 38,2 faizini təşkil edib.

Ümumilikdə, cari ilin ilk 7 ayında ölkənin informasiya və rabitə müəssisələri tərəfindən 1715,3 milyon manatlıq xidmət göstərilib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,7 faiz çoxdur. Xidmətlərin 75,8 faizi əhali tərəfindən istehlak olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti