...

Fransada təhsil haqqının kəskin artması tələbələri çətin vəziyyətə salıb

Gündəm Materials 21 Avqust 2023 16:41 (UTC +04:00)
Fransada təhsil haqqının kəskin artması tələbələri çətin vəziyyətə salıb
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Fransada sosial narazılıqların yeni dalğası yayılmaqdadır. Fransa vətəndaşları əhalinin həssas qruplarının rifah halının acınacaqlı vəziyyətdə olmasına görə etiraz edirlər.

Trend xəbər verir ki, Fransa Tələbələrinin Milli Birliyi (FTMB) Fransada tələbələr üçün sosial vəziyyətin olduqca pisləşdiyini açıqlayıb və buna əsas səbə kimi isə dövlətin bu sahə üzrə heç bir qabaqlayıcı tədbir görmədiyini bəyan edib.

Təşkilatın yaydığı hesabata əsasən, sürətli infliasiyaya görə növbəti tədris ilində Fransada təhsil haqqı daha da artacaq.

"Biz getdikcə ciddi tələbə kasıbçılığı mərhələsinə doğru irəliləyirik və bunun təkamülü ildən ilə pisləşməyə doğru gedir”, - deyə hesabatda qeyd olunub.

FTMB rəsmi hesabatına əsasən, təhsil haqqlarının artması tələbələrin sosial rifahının daha da aşağı düşməsinə səbəb olur. Təhsil haqqının birdən-birə 600 avro artması tələbələri digər xidmətlərdən yararlanmaqdan məhrum edir.

Hesabata görə, 2022-ci ildə tələbələrin 38%-i qiymət artımlarına görə zəruri tibb xidmətlərdən yararlana bilməyib. Tələbə təşkilatı Fransa hökumətini tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılması üçün addımlar atmamaqda günahlandırır.

Həmçinin qeyd olunur ki, Fransada inflyasiya 4.3% göstərilsə də, əsl rəqəmlər daha çoxdur. Nəticədə isə hökumətin aztəminatlı ailələrə ayırdığı yardım qiymət artımını konpensasiya etmir. Bu da həsas qrupdan olan Fransa vətəndaşlarının yaşayış səviyyəsinin daha da pisləşməsinə gətirib çıxarıb.

Digər tərəfdən ölkə də təhlükəsizliyin təmin olunmaması da Fransa vətəndaşlarını ciddi narahat edir. Belə ki, Fransanın ən turistik şəhərlərindən biri hesab edilən Nitsanın mərkəzində yerləşən Tiranty küçəsi narkomanların məkanına çevrilib. Küçədə ticarətlə məşğul olan şəxslər hər gün nakomanların hücumlarına məruz qaldıqlarını bildirirlər.

Şəhər rəhbərliyi isə problemlə mübarizədə gücsüz olduqlarını açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti