...

“Google Chrome” məhsulunda kritik boşluq aşkarlanıb

Gündəm Materials 18 Yanvar 2024 15:05 (UTC +04:00)
“Google Chrome” məhsulunda kritik boşluq aşkarlanıb
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“Google Chrome” məhsulunda kritik boşluq (CVE-2024-0519) aşkarlanıb.

Trend Elektron Təhlükəsizlik Xidmətinin məlumatına istinadən xəbər verir ki, boşluq “Google Chrome”un istifadə etdiyi “V8” və “WebAssembly” komponentinin icazə veriləndən artıq yaddaş məlumatlarını əldə edə bilməsi səbəbindən yaranır. Kiberdələduzlar xüsusi hazırlanmış “HTML” səhifəsi vasitəsilə bu boşluğu istismar edə və təhlükəsizlik yoxlamalarından yayına bilərlər.

Boşluq kiberdələduza sistem üzərində ixtiyari kodu icra etmək və fərdi məlumatları ələ keçirmək imkanı verir.

İstifadəçilərə proqram təminatını ən son versiyaya yeniləmələri tövsiyə olunur.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti