...

Domen saxtakarlığı nədir?

Gündəm Materials 15 May 2024 10:56 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Domen saxtakarlığı vasitəsilə kiberdələduzlar istifadəçiləri aldadır və qurumların rəsmi veb-saytlarına oxşar saxta veb-saytlar hazırlayaraq, onların bank kartı və digər fərdi məlumatlarını ələ keçirməyə çalışır.

Trend xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Domen saxtakarlığından qorunmaq üçün aşağıda göstərilən təlimatlara əməl etməyiniz tövsiyə olunur.

1) Əgər e-poçtda fərdi məlumat tələb edilirsə, göndərənin e-poçt ünvanını diqqətlə yoxlayın;

2) Klikləməzdən əvvəl faktiki URL-ə baxmaq üçün mesajlardakı hiperlinklərin üzərinə mausu yaxınlaşdırın, beləcə, linkin təyinatının gözlənilən veb-sayt və ya domenlə uyğunluğunu yoxlamış olacaqsınız;

3) Veb-saytın təhlükəsizliyini yoxlayın, ünvan xanasında “https” və kilid simvolu olub-olmadığına diqqət yetirin;

4) Qurumların adından yaradılmış domenlərlə bağlı şübhəli halllarla qarşılaşdıqda rəsmi məlumatları müvafiq qurumun özündən dəqiqləşdirin.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti