...

Azərbaycanın orta məktəb müəlliməsi intihar edib

Hadisə Materials 8 Dekabr 2009 10:37 (UTC +04:00)
Qazax rayon Prokurorluğundan Trend News-a verilən məlumata görə, 31 yaşlı Ana Bağırova çoxlu miqdarda dərman qəbul edərək özünü öldürüb.
Azərbaycanın orta məktəb müəlliməsi intihar edib

Azərbaycan, Bakı, 08 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanın Qazax rayonunda orta məktəb müəlliməsi intihar edib.

Qazax rayon Prokurorluğundan Trend -a verilən məlumata görə, 31 yaşlı Ana Bağırova çoxlu miqdarda dərman qəbul edərək özünü öldürüb.

O, dərman zəhərlənməsi ilə təcilli olaraq xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Bağırova Şəmkir rayon Üçtəpə kənd orta məktəbinin müəlliməsi olub.

Müəllimənin intiharının səbəbləri hələlik məlum deyil. Faktla bağlı Qazax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti