...

Azərbaycan vətəndaşı sərhəddən gizli yolla 40 min dollardan çox pul keçirərkən saxlanılıb

Hadisə Materials 30 Aprel 2011 10:59 (UTC +04:00)
Azərbaycan vətəndaşı sərhəddən gizli yolla 40 min ABŞ dollarından çox pul keçirərkən saxlanılıb.
Azərbaycan vətəndaşı sərhəddən gizli yolla 40 min dollardan çox pul keçirərkən saxlanılıb

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan vətəndaşı sərhəddən gizli yolla 40 min ABŞ dollarından çox pul keçirərkən saxlanılıb.

Azərbaycandan Rusiyaya gedən 373 saylı Bakı-Tümen sərnişin qatarına Xaçmaz Gömrük İdarəsinin Yalama gömrük postunda keçirilmiş gömrük baxışı zamanı Azərbaycan vətəndaşı Hüseynova Bəsti Mənsur qızının əl çantasının çöl yan cibindən çantanın iç astarının altında gizlədilmiş 391 ədəd və əynindəki xalatın hər iki yan ciblərindən bəyan olunmayan 15 ədəd 100 ABŞ dolları nominalında əskinaslar aşkar edilərək götürülüb. Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti