...

Bərdədə oğlunu qətlə yetirən ata tutulub

Hadisə Materials 12 İyul 2011 12:06 (UTC +04:00)
Rzayev aldığı xəsarətlərdən Bərdə şəhər Mərkəzi xəstəxanasında ölüb.
Bərdədə oğlunu qətlə yetirən ata tutulub

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bərdədə oğlunu qətlə yetirən ata tutulub.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə bildirib ki, dünən saat 23:00 radələrində Bərdə rayon Kələntərli kənd sakini, 1941-ci ildə anadan olmuş Rzayev Mərkəz Salman oğlu ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı doğma oğlu, 35 yaşlı Elşən Rzayevə yaşadığı evdə üstündə gəzdirdiyi bıçaqla xəsarət yetirib.

Rzayev aldığı xəsarətlərdən Bərdə şəhər Mərkəzi xəstəxanasında ölüb.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.

Rayon prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Mərkəz Rzayev tutularaq istintaqa cəlb edilib.

Rzayev tutulan zaman cinayətin aləti olan bıçağı təqdim edib və şübhəli şəxs qismində dindirilərkən törətdiyi əməli tam etiraf edib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Xəbər lenti

Xəbər lenti