...

Bakıda mağazadan oğurluq etmiş şəxs yaxalanıb

Hadisə Materials 25 İyul 2011 11:07 (UTC +04:00)
Bakıda mağazadan oğurluq etmiş şəxs yaxalanıb. Bu barədə bazar ertəsi Trend-ə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Bakıda mağazadan oğurluq etmiş şəxs yaxalanıb

Azərbaycan, Bakı, 25 iyul /Trend/

Bakıda mağazadan oğurluq etmiş şəxs yaxalanıb. Bu barədə bazar ertəsi Trend-ə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, iyulun 24-ü saat 7:00 radələrində Cəlil Məmmədquluzadə küçəsində yerləşən, Nicat Qarayevə məxsus mağazadan pul və danışıq kartları oğurlayan Kamran Əliyev Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının əməkdaşları tərəfindən tutularaq aidiyyatı üzrə Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsinə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti