Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir R.Daraxşan/
Azərbaycanın Kəlbəcər rayonunda bazar günü 3.90 maqnitudalı zəlzələ baş verib, bu barədə Trend-ə AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Yerli vaxtla saat 12:17-də baş vermiş yeraltı təkan rayon mərkəzindən 14 km şimalda qeydə alınıb. Onun episentri 12 km dərinlikdə olub.
Zəlzələ hiss olunmayıb.
Kəlbəcər rayonu Bakıdan 445 km qərbdə yerləşir. Rayon 1993-cü ildən Ermənistanın işğalı altındadır.