...

Bakının mərkəzində ağır yol qəzası nəticəsində avtomobil yanıb, ölənlər var (FOTO)

Hadisə Materials 20 Noyabr 2011 15:25 (UTC +04:00)
Bu gün Bakının "Azadlıq" prospektində ağır yol qəzası nəticəsində üç nəfər ölüb, bir avtomobil yanıb.
Bakının mərkəzində ağır yol qəzası nəticəsində avtomobil yanıb, ölənlər var (FOTO)

Azərbaycan, Bakı, 20 noyabr / Trend /

Bu gün Bakının "Azadlıq" prospektində ağır yol qəzası nəticəsində üç nəfər ölüb, bir avtomobil yanıb.

Trend-in hadisə yerində olan əməkdaşının məlumatına görə, içərisində üç nəfər olan "VAZ-2106" markalı avtomobil hərəkət edən zaman təkəri partlayıb və o Range Rover markalı avtomobillə toqquşub.

Bu, Range Rover-in alışmasına səbəb olub.

Toqquşma nəticəsində Range Rover markalı avtomobil BMW markalı avtomobillə toqquşub.

İlkin məlumatlara görə, yol-nəqliyyat hadisəsi nəticəsində VAZ-2106 salonda olmuş üç nəfər ölüb.

Bakı şəhər Baş Polis İdarəsinin bazar ertəsi yaydığı məlumata görə, yol qəzası nəticəsində "VAZ-2106" markalı avtomobilin sürücüsü F.Səlimxanov və sərnişini, həyat yoldaşı Fatma Əliyeva ölüb, oğlu Kamil Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti