Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Yevlaxda 86 yaşlı kişi mənzilində ölü tapılıb.
Rayon prokurorluğundan şənbə günü Trend-ə verilən məlumata görə, Yevlaxın Qoyunbinəsi kənd sakini 1926-cı il təvəllüdlü Əli Əliyevin meyiti yaşadığı evdə aşkar olunub.
Onun tək yaşadığı bildirilir. Meyitin üzərində küt alətlə yetirilmiş xəsarətlər aşkar edilib.
Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.