...

Daha bir erməni hərbi qulluqçu əsgər yoldaşı tərəfindən öldürülüb

Hadisə Materials 7 Fevral 2012 15:22 (UTC +04:00)
Fevralın 5-də saat 19:20-də işğal olunmuş Azərbaycan ərazilərinin cənub-şərq istiqamətində yerləşən döyüş postlarından birində daha bir erməni hərbi qulluqçu əsgər yoldaşı tərəfindən öldürülüb.
Daha bir erməni hərbi qulluqçu əsgər yoldaşı tərəfindən öldürülüb

Azərbaycan, Bakı, 7 fevral /Trend/

Fevralın 5-də saat 19:20-də işğal olunmuş Azərbaycan ərazilərinin cənub-şərq istiqamətində yerləşən döyüş postlarından birində daha bir erməni hərb qulluqçu əsgər yoldaşı tərəfindən öldürülüb.

Trend-in məlumatına görə, Ermənistan ordusunun həqiqi hərbi xidmətdə olan əsgəri 1992-ci il təvəllüdlü Marat Aleksandroviç Dimaksyan odlu silahdan ölümcül yaralanıb.

Ermənistan Müdafiə Nazirliyinin İstintaq Xidmətinin məlumatına görə, elə həmin hissədə qulluq edən sıravi Qor Araikoviç Alaverdiyan hərbi qulluqçunun sağ çiyin nahiyəsinə atəş açıb. Dimaksyan saat 21:00 radələrində hərbi hospitala aparılarkən yolda keçinib.

Baş verən insidentlə bağlı Ermənistan Müdafiə Nazirliyinin İstintaq Xidmətinin II Qarnizon istintaq bölməsində Cinayət Məcəlləsinin "Ehtiyatsızlıq üzündən insan ölümünə səbəb olan silah, döyüş sursatından istifadə qaydalarının pozulması"nı nəzərdə tutan 3-cü maddəsinin 373-cü bəndi üzrə cinayət işi qaldırılıb. Bu cinayət 4 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzаsını nəzərdə tutur.

Ermənistan ordusunda ölüm halları az qala daimi hal alıb. Buna oxşar axırıncı hadisə yanvarın sonlarında baş vermişdi. O zaman işğal olunmuş ərazilərdə yerləşən hərbi hissələrin birində hərbi qulluqçu Paylak Şahnazaryan öz əsgər yoldaşı tərəfindən öldürülmüşdü. Trend-in məlumatına görə, bu barədə "Armenia Today" xəbər verir.

Xəbər lenti

Xəbər lenti