...

Bakıda avtomobillərdən oğurluq edən şəxslər tutulublar

Hadisə Materials 21 May 2012 13:04 (UTC +04:00)
Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər Bakı şəhər sakinləri Rəhman Xəlilov, Elşən Mehdiyev və Rövşən Hacıyev mayın 20-də tutulublar.
Bakıda avtomobillərdən oğurluq edən şəxslər tutulublar

Azərbaycan, Bakı, 21 may / Trend müxbir K.Zərbalıyeva/

Bakıda avtomobillərdən oğurluq edən şəxslər tutulublar.

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər Bakı şəhər sakinləri Rəhman Xəlilov, Elşən Mehdiyev və Rövşən Hacıyev mayın 20-də tutulublar.

Məlum olub ki, onlar aprelin 22-nə keçən gecə Hövsan qəsəbəsi Zığ bağlarında yaşayan Taleh Vəliyevə məxsus "VAZ-2106" markalı avtombildən arxa şüşəni çıxarma yolu ilə 5 ədəd səsgücləndirici, 2 ədəd açar dəsti, mayın 1-nə keçən gecə Hövsan qəsəbəsi Qum adasında yaşayan İntiqam Hüseynova məxsus "Daewoo" markalı avtomobildən 2 ədəd güzgü, 2 ədəd akkumliyator, 2 ədəd fara, mayın 12-nə keçən gecə Zığ yolunda yaşayan Elbrus Cəbrayılova məxsus "VAZ-2107" markalı avtomobilin üzərindən 4 ədəd təkər, mayın 15-nə keçən gecə Zığ şossesində yaşayan Nuril Mayılova məxsus "VAZ-21015" markalı avtomobilin üzərindən 4 ədəd təkər, mayın 18-də keçən gecə isə Zığ qəsəbəsində qəsəbə sakini Kamil Cəbiyevə məxsus "Mersedes" marklı avtomoildən 4 ədəd təkər oğurlayıblar

Xəbər lenti

Xəbər lenti