Azərbaycan, Bakı, 11 yanvar /Trend/
Şəmkirdə 5 nəfər qar çovğununa düşərək köməksiz vəziyyətdə qalıb.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün gecə saatlarında Şəmkir rayonu, Dağ Cəyir kəndi ərazisində (rayon mərkəzindən 20 km aralı) "VAZ" markalı minik avtomobili qar çovğununa düşərək yoldan çıxıb, içərisində olan 5 nəfər köməksiz vəziyyətdə qalıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib.
Yanğınsöndürən-xilasedicilər müvafiq qaydada avtomobili təhlükəsiz əraziyə çıxarmış, sürücü və 4 nəfər sərnişini digər avtomobildə yola salıblar. Əməliyyat saat 02:08-də başa çatıb.