...

Türkiyə-Suriya sərhədində partlayış olub, ölənlərin sayı 12-yə çatıb (ƏLAVƏ OLUNUB-4)

Hadisə Materials 11 Fevral 2013 20:30 (UTC +04:00)
Türkiyə-Suriya sərhədində, Hatay vilayətindəki Cilvegözü nəzarət-keçid məntəqəsində güclü partlayış baş verib.
Türkiyə-Suriya sərhədində partlayış olub, ölənlərin sayı 12-yə çatıb (ƏLAVƏ OLUNUB-4)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 17:39-da yayılıb)

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir A.Tağıyeva/

Türkiyə-Suriya sərhədində, Hatay vilayətindəki Cilvegözü nəzarət-keçid məntəqəsində güclü partlayış baş verib. Bu barədə Trend bazar ertəsi "CNN Türk" telekanalına istinadən məlumat verir.

Telekanalın məlumatına görə, partlayış nəzarət-keçid məntəqəsinin yaxınlığındakı Suriya nömrəli maşında baş verib.

Türkiyə Gömrük Nazirliyinin məlumatına görə, ölənlərin sayı 12-yə çatıb, 28 nəfər xəsarət alıb.

Ölənlərdən 3-nün türk, 9-nin isə suriyalı olduğu bildirilir. Yaralılardan 5-i türk olmaqla 13-nün vəziyyəti ağır qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti