...

Bakıda aşpaz iş yoldaşını oxlovla öldürüb

Hadisə Materials 1 Mart 2013 10:29 (UTC +04:00)
Bakıda restoranda iki aşpaz arasında baş verən mübahisə ölümlə nəticələnib.
Bakıda aşpaz iş yoldaşını oxlovla öldürüb

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir İ.İzzət/

Bakıda restoranda iki aşpaz arasında baş verən mübahisə ölümlə nəticələnib.

Bakı şəhər Prokurorluğundan Trend-ə verilən məlumata görə, fevralın 28-də axşam saat 21:00 radələrində Bakı şəhərinin Xətai rayonu ərazisində Fəzail Bayramov küçəsi 11/28 ünvanında yerləşən "İmperator İBO Kebab" restoranında iki aşpaz arasında yaranmış mübahisə münaqişəyə çevrilib.

Həmin restoranda aşpaz işləyən Cəlilabad rayon sakini, 1991-ci il təvəllüdlü Əsədov Adəm Akif oğlu yaranmış mübahisə zamanı iş yoldaşı, 1986-cı il təvəllüdlü aşpaz Mövlanov Mövlan Rais oğlunun baş nahiyəsinə taxta xəmir yayanla (oxlovla) zərbələr vurub.

Mövlanov axşam işdən Nərimanov rayonunda yerləşən evinə qayıtsa da, gecə saat 3 radələrində aldığı ağır-kəllə beyin travmasından evində ölüb.

Artıq hadisə ilə bağlı Əsədov saxlanılıb. Fakt üzrə cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti