...

Bakıda avtomobil qaçıran şəxs yaxalanıb

Hadisə Materials 9 Mart 2013 11:26 (UTC +04:00)
Martın 8-nə keçən gecə Bakının Azadlıq prospektində Abşeron rayon sakini Elşad Salmanova məxsus “VAZ-2103” markalı avtomobil qaçırılıb.
Bakıda avtomobil qaçıran şəxs yaxalanıb

Azərbaycan, Bakı, 9 mart /Trend/

Martın 8-nə keçən gecə Bakının Azadlıq prospektində Abşeron rayon sakini Elşad Salmanova məxsus "VAZ-2103" markalı avtomobil qaçırılıb.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçıran Bakı şəhər sakini Əli Nadirov elə həmin gün avtomobillə birlikdə həmin ünvanda yaxalanıb.

Müəyyən edilib ki, o, fevralın 28-nə keçən gecə Ə.Məmmədov küçəsindən RafiqYəhyayevə məxsus "VAZ-2106" markalı avtomobili qaçırmış və həmin avtomobil martın 3-ü saat 01:30 radələrində Z.Qəmbərov küçəsindən saz vəziyyətdə tapılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti