...

Bakıda sərnişin avtobusları toqquşdu, ölən və xəsarət alanlar var (ƏLAVƏ OLUNUB-2) (FOTO)

Hadisə Materials 18 Aprel 2013 19:37 (UTC +04:00)
Bakıda daha bir avtobus qəzası baş verib, nəticədə 11 nəfər yaralanıb. Bu barədə Trend-ə Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.
Bakıda sərnişin avtobusları toqquşdu, ölən və xəsarət alanlar var (ƏLAVƏ OLUNUB-2) (FOTO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 18:17-də yayılıb)

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Bakıda iki sərnişin avtobusu toqquşub, nəticədə 11 nəfər yaralanıb. Bu barədə Trend-ə Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.

Məlumata görə, xəsarət alanların bəzilərinin vəziyyəti ağır, bəzilərinin isə orta-ağır qiymətləndirilir.

Trend-in hadisə yerində olan əməkdaşına şahidlərin verdiyi məlumata görə, avtobus sürücülərindən biri ölüb.

Qeyd edək ki, hadisə bu gün saat 17:10 radələrində Bakı Dairəvi Yolunda qeydə alınıb.

Xatırladaq ki, bu, son bir gündə avtobusun iştirakı ilə artıq üçüncü yol qəzasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti