...

Gəncədə dolu yağıb

Hadisə Materials 3 İyun 2013 22:38 (UTC +04:00)
Axşam saatlarında Gəncədə və qərb bölgəsinin bəzi rayonlarında güclü küləklə müşayiət olunan dolu və yağış yağıb.
Gəncədə dolu yağıb

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, axşam saatlarında Gəncədə və qərb bölgəsinin bəzi rayonlarında güclü küləklə müşayiət olunan dolu və yağış yağıb.

Gəncəyə yağan güclü dolunun diametri 3-4 santimetrə çatıb. 10 dəqiqə davam edən bu təbiət hadisəsi sonradan güclü külək və leysanla müşayiət olunub.

Nəticədə şəhərin bir sıra ərazilərində ağaclar aşaraq yollarda hərəkəti məhdudlaşdırıb.

Əksər ərazilərə elektrik enerjisinin verilişi dayandırılıb. Gəncə Regional Elektrik Şəbəkəsinin texniki direktoru Elbrus Məmmədovun sözlərinə görə, bu addım təhlükəsizlik tədbirləri nəzərə alınaraq atılıb.

Ağacların qırılıb elekrik xətlərinin üzərinə düşməsi də elektrik enerjisinin verilişində kəsilmələr yaradıb.

Baş verən təbiət hadisəsinin nəticələrinin aradan qaldırılması istiqamətində şəhər

təsərrüfatının işçiləri hərəkətə keçib.

Goranboyda da ağacların güclü küləyin təsirindən qırılaraq avtomobillərin üzərinə aşdığı bildirilir.

Əksər qərb rayonlarında şəhər təsərrüfatına ziyan dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti