...

Türkiyəli sürücü Hacıqabulda zəncirvari qəza yaradıb, xəsarət alanlar var

Hadisə Materials 14 İyun 2013 12:28 (UTC +04:00)
Hacıqabulda baş verən zəncirvari avtomobil qəzasında 3 avtomaşın toqquşub, 2 nəfər xəsarət alıb.
Türkiyəli sürücü Hacıqabulda zəncirvari qəza yaradıb, xəsarət alanlar var

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir İ.İzzət/

Hacıqabulda baş verən zəncirvari avtomobil qəzasında 3 avtomaşın toqquşub, 2 nəfər xəsarət alıb.

Trend Cənub TV-yə istinadən xəbər verir ki, hadisə gecə saat 00.30 radələrində Hacıqabul rayon mərkəzinə yaxın Bakı-Qazax yolunun 112-ci kilometrliyində qeydə alınıb.

Türkiyə vətəndaşı Kemal Aybayrakın idarə etdiyi "34-UY-5601" dövlət nömrə nişanlı "Mersedess" markalı TIR yük avtomobili yolda idarəetməni itirərək, metal yolayrıcına çırpılıb. Nəticədə 30 ton ağırlığında xammalla yüklənmiş TIR aşıb. Qəza zamanı çevrilən yük avtomobili arxadan sürətlə gələn "18-BF-275" dövlət nömrə nişanlı "VAZ 21015", "90-FK-116" və "02-BX-373" dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillərin zəncirvari qəzasına səbəb olub.

Kemal Aybayrakın sözlərinə görə, o anidən idarəetməni itirib. Qəza zamanı "90-FK-116" dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobildə olan iki bacı - 1988-ci il təvəllüdlü Nəcəfova Tünzalə Balabəy qızı və 1991-ci il təvəllüdlü Nəcəfova Səkinə Balabəy qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şirvan Şəhər Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər.

Xoşbəxtlikdən hadisə yerinə gələn Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən elə həmin ərazidə daha bir qəzanın baş verməsinin qarşısı alınıb. Belə ki, yüksək sürətlə hərəkətdə olan "Shacman" markalı yük maşını xəbərdarlıq işarəsinə məhəl qoymayaraq az qala hadisə baş verən ərazidə toplaşan 15-dən çox insanın həyatına son qoyacaqmış.

Hazırda faktla bağlı BDYPİ-nin İstintaq İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti