...

Bakı-Şamaxı-Yevlax yolundakı qəzada ölənlərin sayı 8 nəfərə çatıb

Hadisə Materials 29 Dekabr 2013 14:38 (UTC +04:00)
Daxili İşlər Nazirliyi (DİN) Dekabrın 28-də saat 15:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 59-cu kilometrliyində, Qobustan rayonunun Cəngi kəndi ərazisində baş vermiş ağır yol qəzası bağlı məlumat yayıb.
Bakı-Şamaxı-Yevlax yolundakı qəzada ölənlərin sayı 8 nəfərə çatıb

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir İ.İzzət/

Daxili İşlər Nazirliyi (DİN) Dekabrın 28-də saat 15:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 59-cu kilometrliyində, Qobustan rayonunun Cəngi kəndi ərazisində baş vermiş ağır yol qəzası bağlı məlumat yayıb.

Trend DİN-in rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 28-də saat 15 radələrində Qobustan rayonu Cəngi qəsəbəsinin ərazisində Bakı şəhər sakini Nurlan Qasımov və Ağsu rayon sakini İnqilab Hacıəliyevin idarə etdikləri "VAZ-2107" markalı avtomobillər toqquşub. N. Qasımov və sərnişinləri - Bakı şəhər sakinləri Güloğlan Əliyev, Əfran Bəndiyev hadisə yerində, İ. Hacıəliyev və sərnişinləri - Ağsu rayon sakinləri Tutu Nuriyeva, Səməndər Xəlilov, Valeh Mədətov və Gülşən Nuriyeva xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişiblər.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti