...

ABŞ-da qar çovğunu 21 nəfərin həyatına son qoyub

Hadisə Materials 14 Fevral 2014 15:21 (UTC +04:00)
Güclü qar çovğunu ABŞ-ın şərq sahillərində 21 nəfərin ölümünə və ərazinin xeyli hissəsində həyatın iflic olmasına səbəb olub.
ABŞ-da qar çovğunu 21 nəfərin həyatına son qoyub

Azərbaycan, Bakı, 14 fevral /Trend/

Güclü qar çovğunu ABŞ-ın şərq sahillərində 21 nəfərin ölümünə və ərazinin xeyli hissəsində həyatın iflic olmasına səbəb olub. Trend-in məlumatına görə, bu barədə cümə günü "Amerikanın səsi" radiostansiyasının rus xidməti xəbər yayıb.

Təbiət hadisəsinin tüğyan etməsi 50 ştatdan 49-na qar gətirən sərt qışın növbəti zərbəsi olub.

Nəticədə hava nəqliyyatı ciddi ziyan çəkib. Məlumatlara görə, bütün ölkədə 7600-dən artıq reys ləğv olunub.

ABŞ paytaxtında iş, demək olar, dayanıb. Federal müəssisələr, Ronald Reyqan adına Vaşinqton Milli Aeroportu bütün uçuş-eniş zolaqlarını bağlayıb. Şəhər avtobusları işini dayandırıb.

Hakimiyyət pis hava şəraitinin 21 nəfərin ölümünə səbəb olduğunu təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti