...

Ucarda hərbçi yol qəzasında yaralandı

Hadisə Materials 4 Mart 2014 19:04 (UTC +04:00)
Ucar rayonunun Alpout kəndi ərazisində baş verən yol qəzasında biri hərbçi olmaqla, üç nəfər xəsarət alıb.
Ucarda hərbçi yol qəzasında yaralandı

Azərbaycan, Bakı, 4 mart /Trend/

Ucar rayonunun Alpout kəndi ərazisində baş verən yol qəzasında biri hərbçi olmaqla, üç nəfər xəsarət alıb.

Trend El TV-yə istinadən məlumat verir ki, Ucar rayon sakini, 24 yaşlı Elvin Rəhimovun idarə etdiyi "VAZ-2104" və Ağdam rayon sakini, 31 yaşlı Faiq Mehdiyevin idarə etdiyi "Mercedes" markalı minik avtomobilləri toqquşub.

Nəticədə "VAZ-2104"-ün sürücüsü E.Rəhimov və onun sərnişini, 22 yaşlı Vüsal Mahmudov və "Mercedes"in sərnişini, müddətdən artıq xidmət edən hərbçi, Hacıqabul rayon sakini 26 yaşlı Niyaməddin Nuruyev xəsarət alıb. Onlar Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti