...

DİN: Kürdəmirdə baş vermiş yanğında bir nəfər ölüb, iki nəfər xəsarət alıb

Hadisə Materials 2 Aprel 2014 12:28 (UTC +04:00)
Kürdəmir rayonunda baş vermiş yanğın nəticəsində bir azyaşlı uşaq ölüb, iki nəfər isə yaralanıb.
DİN: Kürdəmirdə baş vermiş yanğında bir nəfər ölüb, iki nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir İ.İzzət/

Kürdəmir rayonunda baş vermiş yanğın nəticəsində bir azyaşlı uşaq ölüb, iki nəfər isə yaralanıb.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, aprelin 1-də Kürdəmir rayonu, Sığırlı kənd sakini 36 yaşlı İslam Quliyevə məxsus ümumi sahəsi 250 kv.m olan evdə yanğın baş verib. Nəticədə evin yanar konstruksiyaları sıradan çıxıb. İslam Quliyevin oğlu Kənan Quliyev aldığı yanıq xəsarətlərindən həyatını itirib. İslam Quliyevin özü və 41 yaşlı qardaşı Rəhman Quliyev isə xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin rəsmi məlumatına görə, aprelin 1-də Kürdəmir rayonu, Sığırlı kəndində (rayon mərkəzindən 30 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 408 kv.m olan ikimərtəbəli 8 otaqlı evdə partlayışla nəticələnən yanğın baş verib.

Yanğın nəticəsində 2-ci mərtəbənin yanar konstruksiyaları 179 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibinin övladı 2012-ci il təvəllüdlü Quliyev Kənan İslam oğlunun yanmış meyiti aşkar edilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti