...

Daxili işlər orqanları narkotiklərlə bağlı bir neçə əməliyyat keçirib

Hadisə Materials 25 İyun 2014 13:38 (UTC +04:00)
Daxili işlər orqanları tərəfindən narkotiklərlə mübarizə tədbirləri çərçivəsində bir neçə əməliyyat keçirilib.
Daxili işlər orqanları narkotiklərlə bağlı bir neçə əməliyyat keçirib

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir İlkin İzzət/

Daxili işlər orqanları tərəfindən narkotiklərlə mübarizə tədbirləri çərçivəsində bir neçə əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 24-də Bakının Nizami Rayon Polis İdarəsi 23-cü və 24-cü Polis Bölmələri əməkdaşları tərəfindən narkotik vasitəsi ilə tutulmuş Qabil Məhərrəmovun evinə baxış zamanı 1 kiloqram 0,15 qram tiryək aşkar edilərək götürülüb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhər sakini Kamran Əzizovdan 1 kiloqram 53 qram marixuana götürülüb.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Tovuz Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən isə Dondar Quşçu kəndi ərazisindən yabanı halda bitmiş, çəkisi 1 ton 126 kiloqram olan 3216 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti