...

Beyləqanda qadın fermada özünü gülləyərək öldürüb

Hadisə Materials 17 Noyabr 2014 13:35 (UTC +04:00)
Beyləqanda qadın fermada ov tüfəngindən atəş açaraq özünü öldürüb.
Beyləqanda qadın fermada özünü gülləyərək öldürüb

Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir İlkin İzzət/

Beyləqanda qadın fermada ov tüfəngindən atəş açaraq özünü öldürüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 16-da Beyləqan rayon sakini Tünzalə Bayramova işlədiyi Orta Əlinəzərli kəndindəki fermada ov tüfəngindən atəş açaraq özünü öldürüb.

Hadisə yerindən müvafiq sənədləri olmayan "TOZ-16" markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti