...

DİN ata və iki oğlunun ölümü ilə nəticələnən yanğınla bağlı məlumat yayıb

Hadisə Materials 23 Fevral 2015 12:56 (UTC +04:00)
Binəqədi rayonunda baş verən yanğın nəticəsində ata və iki azyaşlı oğlu ölüb.
DİN ata və iki oğlunun ölümü ilə nəticələnən yanğınla bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir İlkin İzzət/

Binəqədi rayonunda baş verən yanğın nəticəsində ata və iki azyaşlı oğlu ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 22-də saat 03 radələrində Binəqədi rayonunun C.Xəndan küçəsində Ağdam rayon sakini Şaiq Cəlilovun yaşadığı Evtikmə Kombinatının həyətindəki taxta konstruksiyalı evdə yanğın baş verib.

Yanğın qonşuluqda yaşayan Füzuli rayon sakinləri Mehman Aydınova, onun oğlu Tehrana, qızı Gülərə, habelə Nəcəf Baxşəliyevə və onun oğlu Murada məxsus taxta konstruksiyalı evlərə də keçib.

Nəticədə bütövlükdə evlərin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, yanğın söndürüldükdən sonra Ş.Cəlilovun və oğlanları Amidin, Kamilin yanmış meyitləri tapılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti