...

Kazanda ticarət mərkəzində ölənlərin sayı azı 17 nəfərə çatdı (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 14 Mart 2015 13:51 (UTC +04:00)
Xilasedicilər Kazanda yanmış ticarət mərkəzinin uçqunlarının altında onaltıncı cəsədi aşkar ediblər
Kazanda ticarət mərkəzində ölənlərin sayı azı 17 nəfərə çatdı (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər martın 13-ü saat 09:00-da yayılıb)

Azərbaycan, Bakı, 14 mart /Trend/

Xilasedicilər Kazanda yanmış ticarət mərkəzinin uçqunlarının altında 17-ci cəsədi aşkar ediblər. Trend-in məlumatına görə bu barədə RİA Novosti agentliyi məlumat verir.

Daha öncə 16 cəsəd tapıldığı haqda məlumat yayılmışdır. 50 nəfərdəndən çox insan yanıq və zədələr alıblar. Uçqunların altında 20-dən çox insan qaldığı ehtimal edilir.

Ümumrusiya Azərbaycanlıları Konqresinin Tatarıstan nümayəndəliyindən isə daha öncə Trend-ə bildiriblər ki, yanğın zamanı iki azərbaycanlı ölüb, ikisi isə yaralanıb. Xəsarət alanlardan birinin kimliyi müəyyən olunub. O, Tağıyev Salam Bəxtiyar oğludur.

Ölən qadının isə Cəlilabad rayonundan olduğu müəyyənləşib.

Xatırladaq ki, yanğın ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən kafedə qısaqapanma nəticəsində baş verib.

Binada olan 650 nəfər xilas edilib.

Faktla bağlı cinayət işi qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti