...

Şamaxıda zəlzələ olub

Hadisə Materials 30 Mart 2015 15:10 (UTC +04:00)
Bu gün Azərbaycanın Şamaxı rayonunda zəlzələ baş verib.
Şamaxıda zəlzələ olub

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir İlhamə İsabalayeva/

Bu gün Azərbaycanın Şamaxı rayonunda zəlzələ baş verib.

Trend AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən bildirir ki, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 15:23-də Pirquludan 13 km şimalda, Şamaxı ərazisində zəlzələ qeydə alınıb.

Dərinliyi 6 km, maqnitudası 4,1 olan zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində isə 3 bala qədər hiss olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti