Bakı. Trend:
Bakı şəhəri, Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 85 kv.m olan 3 otaqlı mənzilin 2 otağının yanar konstruksiyaları 40 kv.m sahədə yanmıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanğın zamanı 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarəti ilə yanğınsöndürənlər tərəfindən Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib və digər mənzillərdən 20 nəfər sakin təxliyə olunub.
Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.