...

Həyat yoldaşını amansızlıqla qətlə yetirən şəxsin məhkəməsi başladı

Hadisə Materials 1 İyun 2016 15:05 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Tahir Mürsəlovun cinayət işi üzrə məhkəmənin ilkin hazırlıq iclası başlayıb.
Həyat yoldaşını amansızlıqla qətlə yetirən şəxsin məhkəməsi başladı

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Tahir Mürsəlovun cinayət işi üzrə məhkəmənin ilkin hazırlıq iclası başlayıb.

Trend-in məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyunun 15-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi paytaxtın Sabunçu rayonunun Məhəmmədi qəsəbəsində baş verib. 1983-cü il təvəllüdlü T.Mürsəlovla həyat yoldaşı, 1991-ci il təvəllüdlü Nigar Təslim qızı Mürsəlova arasında qısqanclıq zəminində baş verən mübahisə nəticəsində ər bıçaqla həyat yoldaşına çoxsaylı zərbələr endirib. N.Mürsəlovanı qonşusu avtomobili ilə xəstəxanaya apararkən o, yolda dünyasını dəyişib. T.Mürsəlov Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin əməkdaşları tərəfindən saxlanıb.

Faktla əlaqədar Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti