...

Bakıda sərnişin avtobusu qəzaya uğradı - 2 nəfər ölüb

Hadisə Materials 21 İyul 2016 15:12 (UTC +04:00)
Bu gün Bakıda Qala yolunda mikroavtobus “Jiquli” markalı avtobusla toqquşub
Bakıda sərnişin avtobusu qəzaya uğradı - 2 nəfər ölüb

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün günorta saatlarında Bakıda - Qala yolunda mikroavtobus “Jiquli” markalı avtobusla toqquşub.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yerinə təcili-tibbi yardım briqadası çağırılıb.

Qəza nəticəsində xəsarət alan 6 nəfər briqada tərəfindən Bakı Şəhər 3 saylı Klinik Xəstəxanaya gətirilib. Onlardan biri elə xəstəxanaya gətirilən kimi, biri isə əməliyyata başlayan zaman dünyasını dəyişib. Qalan 4 şəxs isə hazırda xəstəxanada müalicə olunurlar, vəziyyətləri orta ağırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti