Bakı. Trend:
Paytaxtda mənzildə 60 yaşlı kişi meyiti tapılıb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytıan istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1957-ci il təvəllüdlü Həsənov Rəfail Əbdülhəsən oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 17:22-də başa çatıb.