...

Füzulidə partlamış ″Qrad″ raketi aşkar edilib (FOTO)

Hadisə Materials 16 İyul 2017 02:14 (UTC +04:00)
Füzuli rayonu Böyük Bəhmənli kəndi Füzuli rayon Tibb Mərkəzinin qarşısından keçən Horadiz-Bakı avtomobil yolunun tikinti işləri gedən hissəsinə baxış keçirilib, 1 ədəd partlamış ″Qrad″ raketinin (9M22U) qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 600 kv.m ərazi yoxlanılıb
Füzulidə partlamış ″Qrad″ raketi aşkar edilib (FOTO)

Bakı. Trend:

Füzuli rayonu Böyük Bəhmənli kəndi Füzuli rayon Tibb Mərkəzinin qarşısından keçən Horadiz-Bakı avtomobil yolunun tikinti işləri gedən hissəsinə baxış keçirilib, 1 ədəd partlamış ″Qrad″ raketinin (9M22U) qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 600 kv.m ərazi yoxlanılıb.

Bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

(Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sisteminin məlumatları)

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 15 iyul 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Daşkəsən, Salyan, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində 10 otlaq sahəsinə, 11 əkin sahəsinə, 1 bağçılıq sahəsinə, 1 fermaya, 1 hərbi hissənin yaxınlığına, 1 gəmilərin yanalma məntəqəsinə, 167 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, rabitə xəttinin çəkiləcəyi əraziyə, keçmiş hərbi şəhərciyə, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 5 790 ədəd partlamamış hərbi sursat, 194 ədəd tank əleyhinə mina və 30 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 4 689 192 kv.m ərazi (711 408 kv.m əl ilə, 1 607 140 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 2 257 644 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti