...

Bolqarıstanda rusiyalı turistlərlə dolu avtobus yandı

Hadisə Materials 28 İyul 2017 10:48 (UTC +04:00)
Bolqarıstanda içərisində rusiyalı turistlər olan avtobus yanıb.
Bolqarıstanda rusiyalı turistlərlə dolu avtobus yandı

Bakı. Trend:

Bolqarıstanda içərisində rusiyalı turistlər olan avtobus yanıb. Trend-in məlumatına görə, ölkə DİN-i insident zamanı xəsarət alanların olmadığını bildirib.

Məlumata görə, hadisə Burqas və Çernomorets şəhərləri arasındakı avtotrasda baş verib.

Avtobusda yanğın səhər saatlarında baş verib. Hadisə yerinə dərhal yanğınsöndürənlər cəlb olunub. Sərnişinlər başqa avtobusla yola salınıb.

Xəbər lenti

Xəbər lenti