...

Bərdədə 47 yaşlı kişi ata yurdunda intihar etdi

Hadisə Materials 27 Oktyabr 2017 09:58 (UTC +04:00)
Bərdə sakini zəhər içib özünü öldürüb.
Bərdədə 47 yaşlı kişi ata yurdunda intihar etdi

Bakı. Samir Əli - Trend:

Bərdə sakini zəhər içib özünü öldürüb.

Trend-in məlumatına görə, hadisə rayonun Dəymədağıldı kəndi ərazisində baş verib. Rayon sakini, 1970-ci il təvəllüdlü Xəlilov Mətləb Sovet oğlu Dəymədağıldı kəndindəki ata yurduna gələrək, orada zəhər içib. Yaralı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. M.Xəlilov xəstəxanada dünyasını dəyişib.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti