...

Bir neçə gün əvvəl xəstəxanada ölən şəxsin yaxınları axtarılır

Hadisə Materials 16 Dekabr 2017 13:22 (UTC +04:00)
Dekabrın 9-da Yasamal rayonu ərazisindən 55-60 yaşlarında bir kişi kəllə-beyin travması ilə kliniki tibbi mərkəzə yerləşdirilib və orada ölüb.
Bir neçə gün əvvəl xəstəxanada ölən şəxsin yaxınları axtarılır

Bakı. Trend:

Dekabrın 9-da Yasamal rayonu ərazisindən 55-60 yaşlarında bir kişi kəllə-beyin travması ilə kliniki tibbi mərkəzə yerləşdirilib və orada ölüb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, həmin kişinin xarakterik əlamətləri belədir: boyu 170 santimetr, arıq bədən quruluşlu, dişləri seyrək, gözləri qara, əynində qara şalvar, qara gödəkçə və qara ayaqqabı var.

Şəxsiyyəti istintaqa məlum olmayan, şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Yasamal Rayon Polis İdarəsinə (012) 434-02-02, 434-62-36 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti