...

Avtomobil idarəetməni itirdi: digər 2 avtomobilə çırpıldı

Hadisə Materials 2 Yanvar 2018 05:52 (UTC +04:00)
Bakıda yol-nəqliyyat hadisəsi qeydə alınıb
Avtomobil idarəetməni itirdi: digər 2 avtomobilə çırpıldı

Bakı. Trend:

Bakıda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda “Mitsubishi” markalı minik avtomobili idarəetməni itirərək yol kənarında dayanmş digər 2 avtomobilə çırpılıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil verib.

Əməliyyat başa çatıb.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti