Bakı. Trend:
Tailandda hava limanı ərazisində polis əməkdaşları mədəsində 60 paket kokain keçirməyə cəhd göstərən qadını saxlayıblar.
Trend-in məlumatına görə, polis əməkdaşları aeroportda braziliyalı qadını saxlayaraq rentgendən keçiməsini tələb ediblər.
Nəticədə onun mədəsindən narkotik maddələr aşkar edilib.
Kokain paketlərinin ümumi çəkisi açıqlanmayıb.