...

Qubada 28 yaşlı kişi tanışına 6 bıçaq vurdu

Hadisə Materials 21 Fevral 2018 10:48
Quba rayon sakini tanışını öldürməyə cəhd edib.
Qubada 28 yaşlı kişi tanışına 6 bıçaq vurdu

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Quba rayon sakini tanışını öldürməyə cəhd edib.

Trend-in məlumatına görə, hadisə rayon ərazisindəki "Damla" adlanan yerdə baş verib. Rayon sakini, 1992-ci il təvəllüdlü Hacıyev Rəşad Osman oğlu həmin yerdə tanışı Süleymanov Orxan Balakişi oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində R.Hacıyev üzərində gəzdirdiyi bıçaqla O.Süleymanovu öldürmək məqsədilə ona 6 bıçaq zərbəsi vurub.

O.Süleymanov hadisə yerindən yaralı vəziyyətdə qaçaraq özünü Quba rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Həkimlər yaralını dərhal əməliyyat edərək onun həyatını xilas edib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən R.Hacıyev saxlanılıb.

Faktla bağlı Quba rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti