...

Hacıqabulda köməkçi tikili yanıb

Hadisə Materials 1 İyul 2018 03:22 (UTC +04:00)
Hacıqabulda yanğın hadisəsi qeydə alınıb.
Hacıqabulda köməkçi tikili yanıb

Bakı. Trend:

Hacıqabulda yanğın hadisəsi qeydə alınıb.

Trend-ə FHN-dən verilən məlumata görə, rayonun Muğan qəsəbəsində ümumi sahəsi 200 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 85 m² sahədə və damına yığılmış 10 ton ot bağlamasının 6 tonu yanıb.

Tikilinin, ot bağlamasının qalan hissəsi və tikiliyə bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti