...

Son 6 ayda qanunsuz ov edən 63 nəfər saxlanılıb

Hadisə Materials 11 Oktyabr 2018 15:38 (UTC +04:00)
Son 6 ay ərzində qanunsuz ov edən 63 nəfər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb.
Son 6 ayda qanunsuz ov edən 63 nəfər saxlanılıb

Bakı. Samir Əli - Trend:

Son 6 ay ərzində qanunsuz ov edən 63 nəfər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb.

Trend-in məlumatına görə, bu barədə nazirliyin bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktoru Hikmət Əlizadə deyib.

H.Əlizadənin sözlərinə görə, saxlanılan şəxslərdən 56 tüfəng, 110-dan artıq patron aşkar edilərək götürülüb:

"Həmin şəxslər arasında ölkəmizə turist kimi gələn əcnəbi vətəndaşlar da var. Əsasən qanunsuz ov son 3 ayda artıb. Son 3 ayda 50-yə qədər vətəndaş qanunsuz ov etdiyi üçün saxlanılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti