...

Bakıda avtobusun altına yıxılan piyada xilas edilib

Hadisə Materials 24 Fevral 2019 11:17 (UTC +04:00)
Bakıda avtobusun altına yıxılan piyada xilas edilib
Bakıda avtobusun altına yıxılan piyada xilas edilib

Bakı. Trend:

Bakıda avtobusun altına yıxılan piyada xilas edilib.

FHN-dən Trend-ə verilən məlumata görə, Suraxanı rayonunda baş vermiş yol-nəqliyyat qəzası nəticəsində dayanacaqda dayanmış avtobusun altına düşən 1 nəfər piyadanın xilas olunması üçün müraciət daxil olub.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə gələrək vətəndaşı "Karsan" markalı avtobusun altından çıxarıb Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil veriblər. Əməliyyat başa çatıb.

Xəbər lenti

Xəbər lenti