...

Xırdalanda piyadanı vurub qaçan sürücü saxlanılıb

Hadisə Materials 8 Aprel 2019 16:24 (UTC +04:00)
Aprelin 6-da saat 23 radələrində Xırdalan şəhəri ərazisində yolu keçən Masazır qəsəbə sakini Faiq Həsənov müəyyən edilməmiş avtomobillə vurulub və hadisə yerində ölüb.
Xırdalanda piyadanı vurub qaçan sürücü saxlanılıb

Bakı. Trend:

Aprelin 6-da saat 23 radələrində Xırdalan şəhəri ərazisində yolu keçən Masazır qəsəbə sakini Faiq Həsənov müəyyən edilməmiş avtomobillə vurulub və hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Hyundai” markalı avtomobillə törədilməsi müəyyən edilib.

Yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin nəqliyyat vasitəsini idarə edən Xırdalan şəhər sakini M.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti