...

Şağanda yol qəzasında vurulan piyada xəstəxanada öldü

Hadisə Materials 10 Dekabr 2019 14:43 (UTC +04:00)
Piyada xəstəxanaya aparılarkən yolda ölüb
Şağanda yol qəzasında vurulan piyada xəstəxanada öldü

Bakı. Trend:

Dekabrın 9-da saat 12 radələrində Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, qəzada Bakı şəhər sakini E.Həmzəyev idarə etdiyi “QAZ-3110” markalı avtomobillə yolu keçən paytaxt sakini Əşrəf Tağıyevi vurub.

Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti