...

Dövlət əleyhinə çağırışda təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Hadisə Materials 4 Sentyabr 2020 11:12 (UTC +04:00)
Dövlət əleyhinə çağırışda təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Bakı. Samir Əli - Trend:

Dövlət əleyhinə çağırışlar etməkdə təqsirləndirilən bloger Elvin İsayevin barəsində olan cinayət işinin istintaqı yekunlaşıb.

Trend-in məlumatına görə, E.İsayev barəsində olan cinayət işinin materialları istintaq edilib və iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmə prosesinə hakim Əfqan Hacıyev sədrlik edəcək. Yaxın vaxtlarda iş üzrə məhkəmə prosesinin vaxtı müəyyən eiləcək.

Xatırladaq ki, E.İsayev Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar etmək, eyni əməllər təkrar törədildikdə) maddəsi ilə ittiham olunub. O, Ukraynada saxlanılaraq Azərbaycana ekstradisiya edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti