...

Qaxda reyd: 20 sürücü cərimələndi (FOTO)

Hadisə Materials 21 Aprel 2021 16:06 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən yollarda hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə şəhər ərazisində növbəti reyd təşkil olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən reyd zamanı təhlükəsizlik kəmərindən, avtomobilin işıq cihazlarından, yəni dönmə siqnallarından düzgün istifadə etməyən sürücülər aşkarlanaraq onlarla profilaktik söhbətlər aparılıb. Ümumilikdə qaydaları pozan 20 nəqliyyat vasitəsinin sürücüsü barəsində inzibati protokol tərtib olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti